Bank Of Baku

Azərbaycan Milli Depozit Mərkəztinin uçot siyasəti təsdiq olunub

Azərbaycan Milli Depozit Mərkəztinin uçot siyasəti təsdiq olunub
# 30 avqust 2010 11:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Milli Depozit Mərkəztinin (MDM) keçirilmış səhmdarlarının ümumi yığıncağının qərarı ilə təşkilatın «Uçot siyasəti» təsdiq edilib.

MDM-dən «APA-Economics»ə verilən məlumata görə, təşkilatın uçot siyasətinin baza prinsiplərinə hesablaşma, müvafiqlik, fəaliyyət fasiləsizliyi, ikili yazılış və dövrilik prinsipləri aid edilib.

MDM-in təsdiq edilmış uçot siyasəti Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) adaptasiya olunmuş şəkildə tərtib edilib.

Qeyd edək ki, uçot siyasətinin əsas vəzifəsi maliyyə uçotu üzrə məlumatların formalaşdırılması və cari vəziyyətini əks etdirən prinsip və kateqoriyalara uyğun təşkilatın idarəetmə hesabatlarının təqdim edilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR