Bank Of Baku

«Azərbaycan Sənaye Sığorta» şirkətinin daxilolmalarının həcmi 3 mln. manatı ötüb

«Azərbaycan Sənaye Sığorta» şirkətinin daxilolmalarının həcmi 3 mln. manatı ötüb
# 30 avqust 2010 12:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Sığorta» şirkətinin 2010-cu ilin yanvar-iyul aylarında topladığı sığorta haqlarının həcmi 3,120 mln. manata çatıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 908,808 min manat təşkil edib.

Bu müddət ərzində şirkətin könüllü sığorta növləri üzrə topladığı haqların həcmi 2,829 mln. manat, icbari sığorta növləri üzrə isə 291,534 min manat təşkil edib.

Daxilolmaların strukturunda 1,547 mln. manat «Yüklərin (nəqliyyat) sığortası», 504,450 min manat «Tibbi sığorta», 354,647 min manat «Əmlakın yanğından və digər risklərdən sığortası» növlərinin payına düşüb. Bu növlərin məcmu sığorta haqlarındakı payı müvafiq olaraq 50%, 16% və 11,4% təşkil edib.

Ödənişlərdə isə könüllü sığorta növləri üzrə 901,183 min manat, icbari sığorta növləri üzrə 3,625 min manat həcmində vəsait ödənilib. Ödəmələrdə ən çox vəsait «Yüklərin (nəqliyyat) sığortası» (566,051 min manat və ya 62,6%), «Fərdi qəza və xəstəliklərin sığortası» (204,736 min manat və ya 22,6%) növləri üzrə ödənilib.

Xatırladaq ki, təsisçisi «Azərbaycan Sənaye Bankı» olan «Azərbaycan Sənaye Sığorta» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Yaxın vaxtlara kimi şirkət «Capital İnvestment Insurance» («CI Insurance») brendi ilə tanınıb. Cari ilin avqust ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR