Bank Of Baku

Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının növbəti iclası bu ilin dördüncü rübündə keçiriləcək

Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının növbəti iclası bu ilin dördüncü rübündə keçiriləcək
# 30 avqust 2010 12:50 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının VII iclasının bu ilin dördüncü rübündə Astanada keçirilməsi planlaşdırılır.

APA-nın xəbərinə görə, bu sözləri bu gün keçirdiyi mətbuat konfransında Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov bəyan edib.

Səfir qeyd edib ki, hazırda iclasın keçirilməsi üzrə hazırlıq işləri aparılır. Xatırladaq ki, hökumətlərarası komissiyanın həmsədrləri Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Qazaxıstanın neft və qaz naziri Sauat Mınbaevdir.

Serik Primbetov bildirib ki, bu il Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsinin artımında müsbət dinamika müşahidə oluna bilər: “2008-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 465 mln. dollar təşkil etdiyi halda, 2009-cu ildə qlobal iqtisadi böhranın təsiri nəticəsində iki dəfə azalaraq 236 mln. dollara enib. Bu il göstəricilər yaxşılaşıb və yalnız birinci yarımildə 200 mln. dollar təşkil edib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR