Bank Of Baku

«Xalq Sığorta» şirkəti «Transgate»i məhkəməyə verib

«Xalq Sığorta» şirkəti «Transgate»i məhkəməyə verib
# 30 avqust 2010 12:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Sığorta» ASC sərnişindaşıma xidməti göstərən «Transgate» müəssisəsini məhkəməyə verib.

1 Saylı Yerli İqtisad Məhkəməsindən «APA-Economics»ə verilən məlumata görə, iddianın əsas mahiyyəti «Transgate» tərəfindən «Xalq Sığorta» şirkətinə dəymiş zərərin ödənilməsidir. Bu ilin avqust ayının 31-də iş üzrə məhkəmə baxışı keçiriləcək.

«Xalq Sığorta» şirkətinin baş hüquqşünası Mətanət Nərimanlı şirkətə dəymiş zərərlə, həmçinin məhkəmə prosesi ilə bağlı «APA-Economics»ə heç bir məlumat verməyib.

Xatırladaq ki, «Xalq Sığorta» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar-iyun aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 4,387 mln. manat, sığorta ödənişləri isə 871,310 min manat, nizamnamə kapitalı 21,062 mln. manat təşkil edir. Şirkət müştərilərə 26 növ sığorta xidməti göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR