Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yanvar-iyul aylarında pul kütləsinin həcmi 6,9% artıb, iyul ayında isə 0,3% azalıb. Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Pul kütləsinin M2 aqreqatı 2010-cu ilin yanvar-iyul ayları ərzində 11,7% artaraq 6 892 mln. manata çatıb:
(mln. manat)
| 01.08.2009 | 01.01.2010 | 01.08.2010 |
M0 (nağd pullar) | 3 657,5 | 4 174,8 | 4 811,4 |
M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər) | 4 365,5 | 5 239,8 | 5 756,5 |
M2 (Nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər) | 5 091,6 | 6 169,2 | 6 892,0 |
M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər) | 7 582,4 | 8 469,2 | 9 054,5 |
Qeyd edək ki, cari ilin avqust ayının 1-nə nağd pulun manat pul kütləsində (M2 aqreqatı) xüsusi çəkisi 69,8% təşkil edib, bu isə ötən ilin müvafiq dövrünün analoji göstəricisindən 2 faiz bəndi azdır. Son bir ildə nağd pul həcminin artım tempi 31,6%, manat pul kütləsinin artım tempi isə 35,4%-ə bərabərdir. Bunu nəzərə aldıqda aydın laşır ki, nağd pulun manat pul kütləsində xüsusi çəkisinin azalması nağd pul kütləsinin artım tempinin ümumi pul kütləsinin artım tempindən daha aşağı olması ilə izah oluna bilər.