Bank Of Baku

«Günay Sığorta» şirkətinin lisenziyası bərpa olunub

«Günay Sığorta» şirkətinin lisenziyası bərpa olunub
# 30 avqust 2010 13:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən «Günay Sığorta» şirkətinin lisenziyasının qüvvəsi bərpa edilib.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmasını təmin etməsi ilə əlaqədar «Günay Sığorta» ASC-yə sığorta fəaliyyəti aparmaq hüququ verən lisenziyanın qüvvəsi Maliyyə Nazirliyinin müvafiq əmri ilə bərpa edilib.

Qeyd edək ki, mayın 7-dən etibarən Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti «Günay Sığorta» ASC-nin sığorta fəaliyyətinə verilən lisenziyanın qüvvəsi dayandırıb. Lisenziyanın dayandırılmasına əsas səbəb kimi həmin şirkətin maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə əməl olunmasının təmin edilməsi barədə dövlət sığorta nəzarəti orqanı tərəfindən verilən təqdimatları icra etməmələri göstərilir.

Xatırladaq ki, ölkədə fəaliyyət göstərən sığorta şirkətləri minimal kapitalını 01.01.2010-cu il vəziyyətinə 2 mln. manat, 01.01.2011-ci il vəziyyətinə 3,5 mln. manata, 01.01.2012-ci il vəziyyətinə isə 5 mln. manata çatdırmalıdır. Yeni yaradılan sığorta şirkətləri üçün isə bu tələb 5 mln. manatdır.

Qeyd edək ki, «Günay Sığorta» şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkət əvvəllər xarici kapitallı yerli hüquqi şəxs formasında fəaliyyət göstərib. Belə ki, şirkətin nizamnamə kapitalının 51%-ni yerli, 49%-ni xarici kapital təşkil edib. Lakin nizamnamə kapitalında edilən dəyişikliyə əsasən, şirkət 100%-li yerli təşkilata çevrilib. Hazırda şirkətin səhmdarları sırasına «Günay Bank» (34,62%) və iki yerli fiziki şəxs (65,38%) daxildir. Şirkət 2 icbari və 18 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR