Bank Of Baku

Azərbaycanda əhalinin nağd dollarla alışının azalması tendensiyası davam edir

Azərbaycanda əhalinin nağd dollarla alışının azalması tendensiyası davam edir
# 30 avqust 2010 13:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən kommersiya banklarından alınan nağd ABŞ dollarının həcmi 2010-cu ilin yanvar-iyul aylarında 2 850 625 100 dollara bərabər olub ki, bu da 2009-cu ilin analoji 7 aylıq göstəricisindən 23% azdır.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, əhali tərəfindən banklar vasitəsi ilə nağd dolların satış həcmi isə yanvar-iyulda 691 141 200 dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8% azdır.

Beləliklə, Azərbaycanda nağd dollarla aparılan əməliyyatların həcmi azalmaqdadır. Bu tendensiya ilk növbədə alış üzrə əməliyyatlarda daha iri miqyasda özünü biruzə verir ki, bunun da bir sıra səbəbləri ola bilər. Belə ki, fərdi və ya işgüzar xarici səfərlərin azalması, əhali tərəfindən yığım valyutası olaraq dollardan manata «keçidini», ümumilikdə əhalinin yığımı qabiliyyətinin azalmasını səbəb kimi göstərmək olar.

Eyni zamanda, nağd dollar alışının satışı üstələməsi tendensiyası hələ də saxlanılır. Göründüyü kimi, cari ilin yanvar-iyul ayları üzrə bu göstərici 4,1 dəfə, ötən ilin 7 ayı üzrə 4,9 dəfə, bütövlükdə 2009-cu il üzrə isə 4,1 dəfə təşkil edib.

Xatırladaq ki, 2009-cu il ərzində ümumilikdə əhali 1 418 760 000 dollar həcmində satış, 5 807 164 200 dollar həcmində isə alış əməliyyatları aparıb, bu da əvvəlki il ilə müqayisədə müvafiq olaraq 2,5% az və 16,9% çox olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR