Bank Of Baku

Azərbaycanın «Şahdağ» qış-yay turist kompleksinin inşasının birinci mərhələsinin sığortaçısı «Paşa Sığorta» şirkəti olub

Azərbaycanın «Şahdağ» qış-yay turist kompleksinin inşasının birinci mərhələsinin sığortaçısı «Paşa Sığorta» şirkəti olub
# 31 avqust 2010 08:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Paşa Sığorta» ASC «Marsh» broker şirkətinin (ABŞ) vasitəçiliyi ilə Qusar rayonu ərazisində «Şahdağ» qış-yay turist kompleksinin inşasının birinci mərhələsinin sığortası üzrə sənədlərin hazırlanması və imzalanması prosesini başa çatdırıb.

«APA-Economics»in məlumatına görə, inşaatın 365 mln. avro dəyərində olan birinci mərhələsi 2013-cü ilin avqust ayınadək müddəti əhatə edir və idman tikililəri, mehmanxanalar və digər obyektlərin beynəlxalq standartların tələblərinə cavab verən dağ xizəkçiliyi və əyləncə kurort mərkəzinin yaradılması çərçivəsində hazırlıq və əsas işlərin ümumi həcmini nəzərdə tutur.

Transmiqyaslı sığortaya kompleks obyektlərinin inşası zamanı bütün maddi risklər, potensial zərərlər üzrə üçüncü şəxslər qarşısında məsuliyyət və terrorla əlaqədar risklər, həmçinin görülmüş işlərin keyfiyyət zəmanəti predmeti üzrə inşaatın bitməsindən sonra 3 illik sığorta daxildir.

Qeyd edək ki, rəsmi sığortaçı kimi riski öz şəxsi tutumu və «Marsh» şirkətinin vasitəçiliyi ilə «A» reytinqli beynəlxalq təkrarsığorta bazarında yerləşdirməklə «Paşa Sığorta» ASC çıxış edir.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR