Bank Of Baku

Bakıda «Dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasında modelləşmə» mövzusunda təqdimat keçirilib

Bakıda «Dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasında modelləşmə» mövzusunda təqdimat keçirilib
# 31 avqust 2010 09:35 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, təqdimat zamanı Azərbaycan üçün ekonometrik modellərin hazırlanması və proqnozların hesablanması, gəlirlərin proqnozlaşdırılması modelinin əhəmiyyəti, həmçinin beynəlxalq səviyyədə tətbiq olunan «Makroiqtisadi təcrübə» və «Vergi gəlirlərinin proqnozlaşdırılması» mövzuları ətrafında müzakirələr aparılıb.

Tədbirdə çıxış edən beynalxalq ekspert Səlcuq Caner «Vergi sisteminin rasionallaşdırılmasında son meyllər», «Müqayisəli vergi siyasəti və iqtisadi inkişafda vergitutmanın rolu», «Azərbaycanda gəlirlərin proqnozlaşdırılması ilə əlaqədar məsələlər», «Azərbaycanın vergi gəlirlərinin təhlili» mövzularında təqdimatlarla çıxış edib.

Qeyd edək ki, seminarda Azərbaycan Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Milli Məclis, Nazirlər Kabineti, Dövlət Gömrük Komitəsi, Mərkəzi Bank, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Statistika Komitəsinin əməkdaşları iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR