Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı hüquqi şəxslərin depozit portfelinin azalmasını mövsümi amillərlə əlaqələndirir

Azərbaycan Mərkəzi Bankı hüquqi şəxslərin depozit portfelinin azalmasını mövsümi amillərlə əlaqələndirir
# 31 avqust 2010 10:11 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Xəqani Abdullayev bildirib.

Xatırladaq ki, iyul ayında bankların kredit portfeli aylıq müqayisədə 2%, hüquqi şəxslərin depozitləri isə 6,6% azalıb. Bu dinamika ilk növbədə banklar tərəfindən kreditləşmənin azaldılması və həmin vəziyyətdə sahibkarların öz vəsaitlərindən istifadə etməsinə vadar edilməsi kimi qiymətləndirilə bilər. Lakin, yuxarıda qeyd olunduğu kimi, AMB rəsmisi bu amilləri biri-biri ilə əlaqələndirməkdən ehtiyat edir və onu yalnız mövsümi amillərlə əlaqələndirir. «Əgər əvvəlki illərin həmin dövründə (iyul-avqust ayları) olan dinamikaya diqqət yetirsəniz, aydın olur ki, bu tendensiya təkrarlanır», - deyə X.Abdullayev öz fikrini əsaslandırıb.

Lakin faktlar əksini göstərir. Arayış üçün qeyd edək ki, ötən ilin iyulunda bankların kredit portfeli 11,8%, avqustda 5,5% artıb, hüquqi şəxslərin depozitləri isə müvafiq olaraq 35,7% artıb və 4,2% azalıb. Analoji vəziyyət 2008-ci ildə də müşahidə olunub. Belə ki, həmin ilin iyulunda kredit portfeli 3,2%, avqustda 1,5% artıb, hüquqi şəxslərin depozitləri isə müvafiq olaraq 8% azalıb, avqustda isə 8,2% artıb. Göründüyü kimi, kredit portfeli və hüquqi şəxslərin depozitlərinin azalma dinamikasının mövsümi amillərlə izahı isə yalnız qismən əsaslıdır.

X.Abdullayevin sözlərinə görə, hüquqi şəxslərin depozitləri, yəni sərəncamında olan vəsaitlərin azalması bir sıra icbari ödənişlərin bu vaxta təsadüf etməsi, investisiyaların qoyulması və bu kimi proseslərin nəticəsidir. Şübhəsiz olaraq, bu amillər də öz rolunu oynayıb, lakin kreditləşmədə azalma faktdır və bu faktı hüquqi şəxslərin öz vəsaitlərindən istifadə etməsi ilə əlaqələndirmək mümkündür.

Xatırladaq ki, maliyyə böhranının kəskinləşməsindən sonra Azərbaycan Mərkəzi Bankı tərəfindən banklara kreditləşməyə daha ehtiyatla yanaşmaq tövsiyə olunub. Bununla paralel olaraq banklarda risk-menecmentin inkişafına diqqət artırılıb. Göründüyü kimi, bu, bankların kreditlərin verilməsində fəaliyyətin kəskin aşağı düşməsi baş verib. İlk növbədə bu, istehlak kreditlərinin verilməsində əks olunub ki, əksər banklar istehlak, girovsuz kreditlərin verilməsini dayandırıb, digərləri isə şərtlərini kəskin sərtləşdirib. Hüquqi şəxslərin depozitlərində azalma bu prosesin artıq biznes-kreditləməyə də keçdiyini göstərir.

X.Abdullayev də kredit portfelinin artım tempinin əvvəlki illərlə müqayisədə azaldığını etiraf edib və bunu ilk növbədə bankların kreditləşməyə ehtiyatla yanaşması ilə əlaqələndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR