Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı: İqtisadiyyata kredit qoyuluşlarında mülayim artım templəri müşahidə olunur

Azərbaycan Mərkəzi Bankı: İqtisadiyyata kredit qoyuluşlarında mülayim artım templəri müşahidə olunur
# 31 avqust 2010 10:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda Azərbaycanda iqtisadiyyata kredit qoyuluşlarında mülayim artım templəri müşahidə olunur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Xəqani Abdullayev bildirib.

Onun sözlərinə görə, qlobal maliyyə böhranından sonra ölkədə fəaliyyət göstərən banklar kredit siyasətlərində risklərin tam əhatə olunmasına çalışır: «Bu da kredit portfellərinin mülayim artım tempinə səbəb olur. Hazırda iqtisadiyyata kredit qoyuluşlarında artım tempi 5% təşkil edir. Bankların resurs bazası üzrə isə daha yüksəkdir - 16% təşkil edir».

X.Abdullayev həmçinin qeyd edib ki, cari ilin ilk yarısı üzrə ölkənin tədiyə balansının ilkin rəqəmləri hazırdır: «Bu rəqəmlər göstərir ki, ötən il ərzində ölkənin strateji valyuta ehtiyatları 5 mlrd. ABŞ dolları artıb. Bu da 2-illik idxalın fasiləsiz maliyyələşdirilməsi üçün kifayətdir. Ümumiyyətlə, ölkənin valyuta ehtiyatı yastığı yüksək səviyyədədir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR