Bank Of Baku

Bu il Azərbaycanda inflyasiya 5-6% olacaq

Bu il Azərbaycanda inflyasiya 5-6% olacaq
# 31 avqust 2010 10:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək Azərbaycanda orta illik inflyasiyanın 5-6% səviyyəsində olacağı proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Xəqani Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə orta illik inflyasiya 5% səviyyəsindədir və ilin sonunadək bu göstərici 5-6% intervalında olacağı gözlənilir: «İnflyasiyanın hədəflənən səviyyədən artıq olması xarici bazarlardan asılı ola bilər. Belə ki, xarici bazarlarda müəyyən şoklar yaşanıb və əsas təsirlər ordan gələ bilər». Buna misal kimi X.Abdullayev bu yaxınlarda taxıl ilə bağlı bəzi məsələlərin ortaya çıxmasını gətirib.

AMB rəsmisi həmçinin qeyd eidb ki, hazırda Azərbaycanda uçot dərəcəsinin dəyişməsi gözlənilmir: «Hazırda ölkədə müşahidə olunan iqtisadi proseslər, o cümlədən real sektorda gedən proseslər nəticəsində AMB faiz dərəcəsini hələ dəyişdirməməyi məqsədəuyğun sayır. Analoji olaraq bəzi ölkələrin mərkəzi bankları da bu addımı atıb».

X.Abdullayev qeyd edib ki, AMB iqtisadiyyatda gedən prosesləri diqqətlə izləyir və qurumun əsas mandatı inflyasiya səviyyəsidir: «Biz inflyasiyaya təsir göstərən bütün amillərin fundamental təhlilini aparırıq və Mərkəzi Bank olaraq real sektorun vəziyətini də nəzərə alırıq. Təhlil nəticəsində uçot dərəcəsinin sərtləşdirilməsi və ya yumşaldılması hələ olmayacaq. Hazırda biz bunu neytral səviyyədə saxlayırıq».

X.Abdullayev həmçinin bildirib ki, III rübün yekunları əsasında AMB bir daha iqtisadi durum, makroiqtisadi proqnozlar, məcmu tələbin vəziyyəti, eyni zamanda inflyasiyanın vəziyyətindən asılı olaraq pul-kredit siyasətinə yenədə baxacaq: «Konkret hansı qərar qəbul olunacağı iqtisadi situasiyadan, inflyasiya səviyyəsindən asılı olacaq».

Qeyd edək ki, 2008-ci ilin sonundan etibarən Azərbaycanda uçot dərəcəsi 3 mərhələdə 15%-dən 2009-cu ilin əvvəlində 2%-dək endirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR