Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 dəfədən çox artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 dəfədən çox artıb
# 31 avqust 2010 11:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər 135 ölkəsindəki tərəfdaşları ilə 15,5 mlrd. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 12 mlrd. dollarını Azərbaycandan ixrac olunmuş mallar, 3,5 mlrd. dollarını ölkəyə idxal edilmiş məhsullar təşkil edib. Nəticədə 8,5 mlrd. dollarlıq müsbət saldo yaranıb.

Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 48,7%, o cümlədən ixrac 69%, idxal 6,6%, müsbət saldo isə 2,2 dəfə artıb.

İdxal-ixrac əməliyyatlarının 56,1%-i Avropa, 33,3%-i Asiya, 9%-i Amerika, 1,3%-i Afrika qitəsi ölkələrinin, 0,3%-i isə Okeaniyanın payına düşüb. Xarici ticarət əməliyyatlarının 26,7%-i İtaliya, 7,7%-i İsrail, 7%-i ABŞ, 6,9%-i Fransa, 6,6%-i Rusiya, 4,8%-i Ukrayna, 4%-i İndoneziya, 3,5%-i Çin, 3,2%-i Türkiyə, 2,6%-i Malayziya, 2,3%-i Xorvatiya, 2,1%-i Hindistan, 1,8%-i Almaniya, 1,6%-i Gürcüstan, qalan 19,2%-i isə digər dövlətlərlə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR