Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı: Bank sektorunun kredit portfelində ciddi mənfi dəyişkilik gözlənilmir

Azərbaycan Mərkəzi Bankı: Bank sektorunun kredit portfelində ciddi mənfi dəyişkilik gözlənilmir
# 31 avqust 2010 11:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda Azərbaycanın bank sektorunda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 5%-dən artıq deyil. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Xəqani Abdullayev bildirib.

Onun sözlərinə görə, AMB mütəmadi olaraq bankların kredit portfelinin keyfiyyəti ilə real sektorda gedən proseslər arasındakı əlaqəni təhlil edir: «Biz banklara stress-test modelləri təqdim etmişik ki, onlar bunlar vasitəsilə xarici və daxili iqtisadi faktorlar əsasında kredit portfellərinin keyfiyyətində nə baş verə biləcəyini qabaqcadan simulyasiya edir. Bu simulyasiya göstərir ki, qarşıdakı aylar ərzində kredit portfellərinin keyfiyyətində hər hansı bir ciddi mənfi dəyişkilik gözlənilmir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR