Bank Of Baku

Azərbaycan bank sektorunda ifrat likvidlik probleminin yaranması ehtimalı var

Azərbaycan bank sektorunda ifrat likvidlik probleminin yaranması ehtimalı var
# 31 avqust 2010 12:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda uçot dərəcəsinin aşağı səviyyədə saxlanılması ümumi iqtisadi vəziyyətin tələblərindən irəli gəlir və bankların hələ də əlavə yenidənmaliyyələdirşməyə ehtiyacının qalması bunun səbəbi deyil. Bunu «APA-Economics»ə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Xəqani Abdullayev bildirib.

X.Abdullayevin sözlərinə görə, böhranın kəskinləşməsi zamanı Azərbaycan banklarında belə bir vəziyyət yaranmışdır ki, onların cəlb etdiyi vəsaitlərin həcmi xarici öhdəliklər üzrə apardıqları ödənişlərdən az olub. Bu şəraitdə Mərkəzi Bank banklara əlavə likvidlik verərək, onları maliyyə baxımından dəstəkləyib. Hazırda isə bankların xaricdən cəlbetmələri bərpa olunub, depozitlərin artımı müşahidə olunur ki, onların Mərkəzi Bankdan əlavə vəsaitlərin cəlb etməsinə ehtiyac yoxdur.

Xatırladaq ki, Azərbaycanda uçot dərəcəsi 2008-ci ilin IV rübündən başlayaraq 15%-dən 2009-cu ilin vvlində 2%-dək endirilib.

Həmçinin, X.Abdullayevin sözlərinə görə, hazırda bank sektorunda əks problem – ifrat likvidliyin yaranması ehtimalı var. Bu səbəbdən banklar əvvəlki müddətlərdən daha fəal banklararası kredit bazarına çıxır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR