Bank Of Baku

Azərbaycanda beynəlxalq mikromaliyyə konfransı keçiriləcək

Azərbaycanda beynəlxalq mikromaliyyə konfransı keçiriləcək
# 31 avqust 2010 13:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) təşəbbüsü ilə 2010-cu ilin oktyabr ayının 5-6-da Bakıda «Azərbaycan V Mikromaliyyə Konfransı – 2010: Azərbaycanda məsuliyyətli mikromaliyyə» adlı beynəlxalq konfrans keçiriləcək.

AMA-nın şəbəkə koordinatoru Vüsalə Qarayevanın «APA-Economics»ə verdiyi məlumata görə, Assosiasiyaya üzv olan təşkilatlar arasında keçirilən sorğunun nəticəsi olaraq üzvlərin 66%-i konfransın keçirilməsi ilə bağlı sorğuya müsbət cavab verib, 31%-i isə konfransın keçirilməsi üçün maliyyə yardımı göstərməyə da hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, konfransa beynəlxlaq maliyyə qurumlarının nümayəndələri də qatılacaq.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR