Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici cari ilin əvvəlindən 334,2 mln. manat və ya 17,3%, iyul ayında isə 96,4 mln. manat və ya 4,4% artıb:
Qeyd edək ki, bankların məcmu xarici aktivlərinin həcmi 2010-cu ilin avqustun 1-nə 1 297,4 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 127,2 mln. manat və ya 8,9% azdır. Bu göstərici yanvar-iyul aylarında 23,7 mln. manat və ya 1,9% artsa da, iyul ayında 156 mln. manat və ya 10,7% azalma müşahidə olunub.
Nəticədə, Azərbaycandakı kommersiya banklarının xarici öhdəlikləri məcmu xarici aktivləri 969,1 mln. manat və 74,7% üstələyib. Müqayisə üçün bildirək ki, 2008-ci ilin yekunları üzrə bu nisbət 868,8 mln. manat və ya 73,7%, 2009-cu ilin yekunlarına görə isə 658,6 mln. manat və ya 51,7% təşkil edib.