Bank Of Baku

Azərbaycana büdcə siyasətində mikrosimulyasiya modellərinin tətbiqi tövsiyə olunur

Azərbaycana büdcə siyasətində mikrosimulyasiya modellərinin tətbiqi tövsiyə olunur
# 31 avqust 2010 13:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynalxalq ekspert Səlcuq Caner Azərbaycana dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılması zamanı mikrosimulyasiya modellərinin tətbiqindən yararlanmağı tövsiyə edir.

«APA-Economics»in məlumatına görə, bu gün Bakıda keçirilən «Dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasında modelləşmə» mövzusunda təqdimat və seminarda çıxış edən S.Caner qeyd edib ki, mikrosimulyasiya modelləri gəlirlərin mülkiyyət növləri üzrə qrupunun, neft və qeyri-neft sektorunun hesablamalarını təmin edir, vergidən yayınma hallarının gəlir növləri üzrə və mülkiyyət növlərinə görə mümkün sahələrini müəyyən etmək imkanı verir, vergi bazaları üzrə ətraflı məlumat verir ki, bu da vergi qanunvericiliyindəki dəyişiklikləri modellərə daxil etmək nisbətən asan olur, müxtəlif vergilər, xüsusilə əlavə dəyər vergisi, hüquqi şəxslərin mənfəət vergisi və fiziki şəxslərin gəlir vergisi arasında ardıcıl əlaqəni təmin edə bilir, bütün modellər iqtisadçılara maliyyə təhlili aparmaq imkanı yaradır, analitiklər isə mikroiqtisadi proqnozları hazırlamaq üçün birölçülü və yaxud çoxölçülü proqnozlaşdırma modellərindən proqnozları mikrosimulyasiya modelinə daxil edə bilir.

Qeyd edək ki, S.Caner tədbir çərçivəsində həmçinin «Vergi sisteminin rasionallaşdırılmasında son meyllər», «Müqayisəli vergi siyasəti və iqtisadi inkişafda vergitutmanın rolu», «Azərbaycanın vergi gəlirlərinin təhlili» mövzularında təqdimatlarla da çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR