* Dövrün sonuna
Göründüyü kimi, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi üzrə göstərici hələ ötən ay 5-illik maksimuma çatıb və həmin səviyyədə qalmaqdadır. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində olan xüsusi çəkisi bank sistemini xarakterizə edən əsas göstəricilərdən biridir. Dünya praktikasında bu göstəricinin norma səviyyəsi qəbul olunmayıb, lakin hesab olunur ki, bu göstərici 10%-dən çox olduğu halda bank sistemi artıq təhlükəli həddədir.
Böhran zamanı isə bir sıra bank göstəriciləri kimi bu göstərici üzrə də norma həddi artıq mütləq və icbari göstərici kimi qəbul olunmur. Bu, böhran zamanı bankların borcalanları olan sahibkar və fiziki şəxslərin maliyyə vəziyyətinin müxtəlif səbəblərdən, o cümlədən bazar konyunkturunun pisləşməsi, istehlakın azalması və s. səbəblərdən pisləşməsi nəticəsində bank borclarına xidmət göstərmək qabiliyyətinin azalması ilə əlaqədardır.
Digər tərəfindən vaxtı keçmiş kreditlərin həcmi və xüsusi çəkisi iqtisadiyyatda, sahibkarlıqda problemlərin yaranması və ya dərinləşməsi göstəricisi kimi qəbul olunur.