Bank Of Baku

Böyük Britaniya Maliyyə Nazirliyinin hər dördüncü işçisi ixtisar olunacaq

Böyük Britaniya Maliyyə Nazirliyinin hər dördüncü işçisi ixtisar olunacaq
# 31 avqust 2010 13:22 (UTC +04:00)
Bakı - APA-Economics. Böyük Britaniya Maliyyə Nazirliyinin personalı 25% ixtisar olunacaq.

APA-Economics”in “The Daily Mail” qəzetinə istinadən xəbərinə görə, yaxın 4 il ərzində nazirlik işçilərinin sayı 1350 nəfərdən 1000 nəfərə düşəcək.

Qəzet yazır ki, dəyişikliklər mebellərdən də yan keçməyəcək - bəzi əməkdaşların stolunun ölçüsü kiçiləcək. Maliyyə naziri Corc Osborn bunun əhəmiyyətli ixtisarlara hazırlaşan digər nazirliklərə nümunə göstərir.

Qeyd edək ki, iyul ayında C.Osbornun təqdim etdiyi büdcə layihəsində 156 mlrd. funt-sterlinqə çatan büdcə kəsiri ilə mübarizə üçün sərt tədbirlər nəzərdə tutulub. O cümlədən ƏDV-ni 17,5%-dən 20%-ə qaldırmaq, 21 min funt-sterlinqdən çox maaş alan dövlət qulluqçularının maaşlarını 3 il müddətinə dondurmaq nəzərdə planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR