Bank Of Baku

«Ansar Leasing» şirkəti ilin sonunadək lizinq portfelini iki dəfə artıracaq

«Ansar Leasing» şirkəti ilin sonunadək lizinq portfelini iki dəfə artıracaq
# 31 avqust 2010 13:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda İslam İnkişaf Korporasiyasının (ICD) təsisçiliyi ilə yaradılan «Ansar Leasing» şirkəti 2010-cu ilin sonunadək lizinq portfelinin həcmini iki dəfə artıraraq 8 mln. manata, müştərilərin sayını isə 2,5 dəfə artıraraq 200-ə çatdıracaq. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin baş meneceri Ceyhun Nağıyev bildirib.

C.Nağıyevin sözlərinə görə, hazırda şirkətin lizinq portfeli 4 mln. manat təşkil edir ki, bunun da əsas hissəsi nəqliyyat, daşınmaz əmlak, tikinti və istehsal sahələrinin payına düşür.

C.Nağıyev bildirib ki, maliyyələşən bütün layihələr İslam prinsiplərinə uyğundur.

Qeyd edək ki, ICD tərəfindən yaradılmış «Ansar Leasing» şirkəti 2008-ci ilin dekabr ayının 12-də dövlət qeydiyyatından keçib və şirkətin nizamnamə kapitalı 5 mln. manat təşkil edir. Şirkət əsasən maliyyə lizinqi xidmətlərinin göstərilməsi ilə məşğul olur və fəaliyyəti şəriət qaydalarına əsaslanır.

Şirkətin maliyyələşdirmə şərtlərinə əsasən, lizinqin alınması üçün ilkin ödəniş 20%, maliyyələşdirmə müddəti isə 12-72 ay olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR