Bank Of Baku

«MCB Leasing» ilin sonunadək lizinq portfelini 20 dəfə artıracaq

«MCB Leasing» ilin sonunadək lizinq portfelini 20 dəfə artıracaq
# 01 sentyabr 2010 06:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Pakistanın Azərbaycanda fəaliyyət göstərən «MCB Leasing» şirkəti 2010-cu ilin sonuna kimi lizinq portfelini 20 dəfə artıraraq 2 mln. manata çatdırmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Ramal Cəfərov bildirib.

R.Cəfərovun sözlərinə görə, şirkətə bu günədək təqdim olunmuş layihələrdən 3-ü artıq maliyyələşdirilib ki, bu layihələrin hər birinin dəyəri 30 min manatdan çoxdur. «Maliyyələşdirilən layihələr ticarət, daşınmaz əmlak və xidmət sektorlarını əhatə edir. Şirkətə kənd təsərrüfatı ilə bağlı bir neçə layihə təqdim olunub ki, həmin layihələr hazırda şirkətin mütəxəssisləri tərəfindən qiymətləndirilir», - deyə R.Cəfərov bildirib.

R.Cəfərov bu ilin sonuna kimi şirkətin aktivlərinin 2,5 dəfə artaraq 2 mln. manata çatacağını da bildirib: «İlin sonunadək şirkətin əsas maliyyə göstəricilərində artım olsa da, yekunda 500 min manatlıq zərərin olması gözlənilir».

Xatırladaq ki, «MCB Leasing» şirkəti 2009-cu ilin oktyabr ayında qeydiyyatdan keçib. Şirkətin səhmdar kapitalında 95% Pakistanın «MCB Bank»a, 5% isə fiziki şəxs qismində çıxış edən Namiq Səfərova məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR