Bank Of Baku

«MBASK» sığorta şirkəti növbəti iri sığorta ödənişi edib

«MBASK» sığorta şirkəti növbəti iri sığorta ödənişi edib
# 01 sentyabr 2010 06:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MBASK» sığorta şirkəti «Hyundai Sonata» avtomobilinin sığortaçısına 8,026 min manat məbləğində iri sığorta ödənişi həyata keçirib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən şirkət öz müştərilərinə 2,110 mln. manatdan çox məbləğdə ödəniş həyata keçirib ki, bunun da 1,468 mln. manatdan çoxu (70%) avtonəqliyyat vasitələrinin sığorta olunması üzrə polislərin ödənilməsinin payına düşüb.

Qeyd edək ki, «Client Care» xidmətinin həyata keçirilməsi çərçivəsində «MBASK» şirkəti sənədlərin toplanması şərtlərini və sığorta ödənişlərinin həyata keçirilməsi prosesini əhəmiyyətli dərəcədə yüngülləşdirib. Belə ki, «MBASK» öz korporativ müştərilərinə müvafiq dövlət orqanlarından sənədlərin toplanması ilə yanaşı, özəl müştərilərə VİP xidməti də göstərir.

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları sırasına bir fiziki şəxs (70%) və Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) daxildir. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edir. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR