Bank Of Baku

Azərbaycanla Avstriya arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində anlaşma memorandumu imzalanıb

Azərbaycanla Avstriya arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində anlaşma memorandumu imzalanıb
# 01 sentyabr 2010 09:32 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, görüşdə çıxış edən A.Əliyev Azərbaycanın gömrük xidmətinin tarixindən ətraflı məlumat verib və qeyd edib ki, hazırda ölkədə 2007-2011-ci illəri əhatə edən «Gömrük xidmətlərinin inkişafı Proqramı»nın icra olunur. Azərbaycan və Avstriya arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirən DGK sədri əlavə edib ki, iki ölkə arasında hazırkı ticarət dövriyyəsi real əməkdaşlığı tam əks etdirmir. Belə ki, sözügedən əməkdaşlığı daha da inkişaf etdirməyə geniş potensial mövcuddur: «Hazırda biz Avstriya ilə bir çox sahədə, o cümlədən gömrük sahəsində əməkdaşlıq edirik. Avstriyanın gömrük sahəsində böyük təcrübəsi var və Azərbaycan bu təcrübədən faydalanmaq niyyətindədir».

Öz növbəsində R.Lopatka Avstriyanın Azərbaycanla bir çox sahədə əlaqələrin qurulmasında maraqlı olduğunu qeyd edib və bildirib ki, maliyyə, gömrük və bu kimi sahələr Avstriya üçün prioritet sayılır: «Gömürk sahəsində biz Azərbaycanla xidməti itlərin tətbiqi və onların istifadəsi sahəsində əməkdaşlıq edəcəyik. Bizim həmçinin ekologiya, səhiyyə, turizm və digər sahələrdə böyük təcrübəmiz mövcuddur və biz bu təcrübə ilə Azərbaycanla bölüşə bilərik».

Bundan başqa, görüş zamanı tərəflər arasında «Gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı Anlaşma Memorandumu» imzalanıb. Sənədi A.Əliyev və R.Lopatka imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR