Bank Of Baku

Bakıda «Azərbaycanın ÜTT-yə üzvlük prosesi çərçivəsində aparılan islahatlar və onların özəl sektora təsiri» mövzusunda seminar keçirilib

Bakıda «Azərbaycanın ÜTT-yə üzvlük prosesi çərçivəsində aparılan islahatlar və onların özəl sektora təsiri» mövzusunda seminar keçirilib
# 01 sentyabr 2010 10:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və onun Azərbaycanda Ticarət və İnvestisiya İslahatlarına Dəstək Proqramının (TIRPS) birgə təşkilatçılığı ilə «Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesi çərçivəsində aparılan islahatlar və onların özəl sektora təsiri» mövzusunda seminar keçirilib. «APA-Economics»in məlumatına görə, İqtisadi İnkişaf Nazirliyi, özəl biznes və QHT nümayəndələrinin iştirakı keçirilmiş tədbirdə Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı tələb olunan islahatlar barəsində məlumat verilib.

Bu mövzuda TIRPS-in ÜTT üzrə yerli qrup rəhbəri Elxan Mikayılov təqdimatla çıxış edib. Öz çıxışında E.Mikayılov ilk növbədə islahatların əhəmiyyətindən danışaraq bildirib ki, islahatların bəziləri ölkə hökumətinə xeyir, özəl sektora zərər, bəziləri əksinə, bəziləri hər ikisinə xeyir və ya ziyan gətirə bilər. Lakin Azərbaycanda bununla bağlı hansı islathatların aparılacağını E.Mikayılov konkretləşdirməyib.

E.Mikayılov vurğulayıb ki, ümumilikdə, ÜTT-in əsas tələblərdən biri ondan ibarətdir ki, idxal tarifləri büdcə gəlirlərinin mənbəyi kimi qəbul olunmamalıdır, onların həcmi yalnız dövlətin gömrük prosedurlarına sərf edilən xərclərini ödəməlidir. Əlavə edək ki, gömrük tarifləri büdcə gəlirlərinin mənbəyi olmaqla yanaşı proteksionizm alətlərindən biridir və bu, müxtəlif formalarda dünyanın əksər ölkələrində mövcuddur.

E.Mikayılov öz çıxışında islahatların növləri və istiqamətləri barədə məlumat verib. Belə ki, iqtisadi siyasətlə bağlı olan islahatlar, institusional islahatlar, qanunvericilik islahatları və digər islahatlar zəruri hesab olunur. İstiqamətlər sırasında əsas yeri tarif və qeyri-tarif islahatlar tutur ki, bu barədə artıq 10 ildir müzakirələr aparılır. Əlavə edək ki, müzakirələrə baxmayaraq, Azərbaycan hökuməti və ÜTT arasında tarif islahatlarının aparılması ilə bağlı hələ də mübahisəli məsələlər qalıb.

Təqdimatın geniş və ətraflı olmasına baxmayaraq qeyd etmək lazımdır ki, bütün deyilənlər əsasən prosedur xarakteri daşıyır və islahatlar çərçivəsində həyata keçirilməsi tələb olunan tədbirlərin siyahısını əhatə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR