Bank Of Baku

Aydın Əliyev: «Azərbaycan Dövlət Gömrük Komitəsi 2010-cu ilin büdcə proqnozunu tam yerinə yetirəcək»

Aydın Əliyev: «Azərbaycan Dövlət Gömrük Komitəsi 2010-cu ilin büdcə proqnozunu tam yerinə yetirəcək»
# 01 sentyabr 2010 11:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) 2010-cu il üçün nəzərdə tutulmuş gömrük vergi və rüsum daxilolmaları üzrə proqnozu tam yerinə yetirəcəyi gözlənilir. Bu barədə «APA-Economics»ə DGK-nın sədri Aydın Əliyev məlumat verib.

Onun sözlərinə görə, cari ilin avqust ayında 97 mln. manat məbləğində gömrük vergi və rüsumları yığılıb ki, avqust ayının, o cümlədən ilin ilk səkkiz ayının planı tam yerinə yetirilib: «Əlbətdə, bu göstərici ötən ildəkindən bir qədər aşağıdır, lakin artıq xarici ticarətdə müəyyən canlanma müşahidə olunur və ümid edirəm ki, bu il üçün proqnozlaşdırılan gömrük vergi və rüsumları tam yığılacaq».

Komitə sədri onu da bildirib ki, hesabat dövründə əvvəlki aylar olduğu kimi ölkəyə əsasən xalq tələbatı məhsulları, ərzaq və s. idxal olunub.

Xatırladaq ki, 2010-cu ildə DGK xətti ilə dövlət büdcəsinə 1,1 mlrd. manat həcmində vəsaitin daxil olacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR