Bank Of Baku

Azərbaycan Dövlət Gömrük Komitəsində risklərin təhlili mərkəzi yaradılacaq

Azərbaycan Dövlət Gömrük Komitəsində risklərin təhlili mərkəzi yaradılacaq
# 01 sentyabr 2010 11:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn ilin ilk yarısında Azərbaycan Dövlət Gömrük Komitəsində (DGK) risklərin təhlil olunması mərkəzi yaradılacaq. «APA-Economics»in məlumatına görə, bunu DGK-nın sədri Aydın Əliyev bildirib.

Komitə sədrinin sözlərinə görə, DGK bu il və gələn il ərzində bir sıra işlər görmək niyyətindədir: «Bu il ərzində biz 3 sərhəd keçid məntəqəsini istifadəyə vermişik. Yaxın vaxtlarda daha iki sərhəd keçid məntəqəsi istifadəyə veriləcək. Bunlar «Sınıq körpu» və Astara sərhəd keçid məntəqələridir».

A.Əliyev həmçinin bildirib ki, hazırda Bakıda Ümumdünya Gömrük Təşkilatının regional ofisinin tikintisi davam etdirilir: «Bununla yanaşı, biz bu yaxınlarda Baltikyanı ölkələrdən idxal etdiyimiz 3 ədəd gəmi də gömrük sahəsində fəaliyyətə başlayacaq. Gələn ilin ilk yarısında isə biz DGK-da risklərin təhlil olunması mərkəzini açacağıq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR