Bank Of Baku

«Alfa Sığorta»nın yeni veb-saytı istifadəyə verilib

«Alfa Sığorta»nın yeni veb-saytı istifadəyə verilib
# 01 sentyabr 2010 12:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Alfa Sığorta» şirkətinin rəsmi veb səhifəsi (www.alfa.az) yeni tərtibatda istifadəyə verilib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu gündən istifadəyə verilən saytda standart məlumatlarla yanaşı bir sıra yeniliklər və linklər yerləşdirilib. Belə ki, Azərbaycan sığorta bazarında ilk dəfə olaraq saytda on-line dəstək bölməsi yaradılıb ki, bunun vasitəsilə real zamanda canlı olaraq sualları şirkətin müştəri əlaqələri üzrə menecerinə yönəltmək mümkündür.

Bununla yanaşı, «E-Alfa» adlanan bölmədə «Alfa Sığorta» şirkətinin internet xidmətlər bölməsi yerləşir. «E-Alfa» vasitəsilə müştərilər sığorta hadisəsi barədə sənədləri on-line təqdim edə, sorğular, sığorta üçün müraciətlər edə bilərlər. Eyni zamanda, sığortalanmaq üçün lazımi məlumatları on-line rejimdə şirkətə yollaya, şəhadətnamələri ala və sığorta haqlarını sayt vasitəsilə plastik kartlarla ödəyə bilər.

Xatırladaq ki, səhmdarı (100%) «Texnikabank» ASC olan «Alfa Sığorta» 1997-ci ildən fəaliyyət göstərir və sığortanın 25 növü üzrə müştərilərinə xidmətlər təklif edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR