Bank Of Baku

Sentyabrın sonunda «MBASK» sığorta şirkətinin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək

Sentyabrın sonunda «MBASK» sığorta şirkətinin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək
# 01 sentyabr 2010 12:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin sentyabr ayının 30-da Azərbaycanın «MBASK» sığorta şirkətinin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, iclasda səhmdarlar tərəfindən cəmiyyətin Direktorlar Şurası, İdarə Heyəti və Təftiş Komissiyası haqqında əsasnamələrə, həmçinin nizamnaməyə dəyişikliklərin edilməsi məsələsi müzakirə olunacaq. Müzakirələrdə şirkətin idarəetmə orqanlarının tərkibində dəyişikliklərin edilməsi də nəzərdə tutulub.

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları sırasına bir fiziki şəxs (70%) və Avropa Yenidənqurma və İnkişaf Bankı (səhmlərin 30%-i) daxildir. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edir. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR