Bank Of Baku

«Alfa Sığorta» şirkəti «Green Card» sığorta şəhadətnamələrinin satışına başlayıb

«Alfa Sığorta» şirkəti «Green Card» sığorta şəhadətnamələrinin satışına başlayıb
# 01 sentyabr 2010 13:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Alfa Sığorta» şirkəti «Green Card» sığorta şəhadətnamələrinin satışına başlayıb. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin Müşahidə Şurasının sədri Xəyal Məmmədxanlı bildirib.

X.Məmmədxanlının sözlərinə görə, «Alfa Sığorta» bu şəhadətnamələrin satışını almaniyalı tərəfdaşı (adı açıqlanmır) vasitəsi ilə həyata keçirir. Bu kartı əldə edən müştərilər sərhəd zonasında vaxt itirmələrinin, səfərlərinin ləngiməsinin qarşısını alır, həmçinin vəsaitlərinə qənaət edirlər.

X.Məmmədxanlı bildirib ki, «Green Card» üzrə tariflər sığorta şəhadətnamələri, ölkədən, avtomobilin tipindən və digər xüsusiyyətlərdən asılı olaraq 15-1000 avro arasında dəyişir: «Green Card» üzrə bağlanan sığorta müqavilələri limitsizdir. Yəni, sığortalıya «Green Card» üzvü olan istənilən ölkədə məbləğindən asılı olmayaraq dəymiş ziyan ödənilir».

Qeyd edək ki, «Green Card Insurance» - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında beynəlxalq müqavilələr sistemidir. Bu sistemə 48 ölkə (bu sistem bütün Şenqen ölkələri də qoşulub) üzvdür. Azərbaycan hazırda bu sistemə tranzit üzv kimi qəbul edilib. Tam üzv olmaq üçün Azərbaycan tərəfi müvafiq hesaba 2 mln. dollar həcmində depozit yatırmalıdır.

Xatırladaq ki, səhmdarı (100%) «Texnikabank» ASC olan «Alfa Sığorta» 1997-ci ildən fəaliyyət göstərir və sığortanın 25 növü üzrə müştərilərinə xidmətlər təklif edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR