Bank Of Baku

Azərbaycan hökuməti emitentlərin istiqraz buraxılışının maksimal həcminə dair tələblər haqqında qaydaları təsdiq edib - YENİLƏNİB

Azərbaycan hökuməti emitentlərin istiqraz buraxılışının maksimal həcminə dair tələblər haqqında qaydaları təsdiq edib - <font color=red>YENİLƏNİB</font>
# 01 sentyabr 2010 14:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Emitentin istiqraz buraxılışının maksimal həcminə dair tələblər haqqında Qaydalar»ı təsdiq edib.

Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, bu qaydalar dövlət orqanları və bələdiyyələr tərəfindən emissiya edilən istiqrazlara şamil edilmir.

Qaydalarda istiqrazların buraxılışının maksimal həcminin müəyyən edilməsi üçün düsturlar sistemi göstərilir və emitentin reytinqindən asılı olaraq buraxılışın həcmi daha iri ola bilər.

Belə ki, Azərbaycanda qeydiyyata alınmış uzunmüddətli kredit reytinqi dərəcəsinə malik olmayan və ya uzunmüddətli kredit reytinqi dərəcəsi bu qaydaların 2.3-cü bəndində müəyyən edilmiş reytinq dərəcəsindən aşağı olan emitentlər üçün təmin edilməmiş istiqrazlar buraxılışının maksimal həcm normativinin əmsalı 2 (iki) müəyyən edilir.
Bundan başqa, Azərbaycanda qeydiyyata alınmış və ən azı «BBB-» («Standard&Poor’s» və «Fitch» reytinq agentliklərinin təsnifatına görə), «Baa3» («Moody’s» reytinq agentliyinin təsnifatına görə) və ya digər reytinq agentliklərinin bu reytinq dərəcələrinə ekvivalent olan, uzunmüddətli kredit reytinqi dərəcəsinə malik emitentlər üçün təmin edilməmiş istiqrazlar buraxılışının maksimal həcm normativinin əmsalı 3 (üç) müəyyən edilir.
Əlavə olaraq, ən azı «BBB-», «Baa3» və ya digər reytinq agentliklərinin bu reytinq dərəcələrinə ekvivalent olan, uzunmüddətli kredit reytinqi dərəcəsinə malik xarici emitentlər üçün Azərbaycan ərazisində təmin edilməmiş istiqrazlar buraxılışının maksimal həcm normativinin əmsalı 3 (üç) müəyyən edilir.
Həmçinin, «BBB-», «Baa3» dərəcəsindən aşağı reytinq dərəcəsinə malik olan və ya uzunmüddətli kredit reytinqi dərəcəsinə malik olmayan xarici emitentlər üçün Azərbaycan ərazisində təmin edilməmiş istiqrazların emissiyasına yol verilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR