Bank Of Baku

«BE&G» sığorta şirkətinin İdarə Heyətinə yeni sədr təyin olunub

«BE&G» sığorta şirkətinin İdarə Heyətinə yeni sədr təyin olunub
# 02 sentyabr 2010 06:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «BE&G» («Benefit & Guaranty) sığorta şirkətinin İdarə Heyətinə yeni sədr təyin edilib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, şirkətin sədri vəzifəsinə əvvəllər «BE&G»in İdarə Heyətinin sədr müavini vəzifəsində çalışmış Əfqan Murtuzayev təyin olunub.

Qeyd edək ki, Ə.Murtuzayevdən əvvəl bu vəzifəni Zaur Novruzov icra edib.

Xatırladaq ki, təsisçisi iki yerli fiziki şəxs olan «BE&G» sığorta şirkəti 1998-ci ildən «Naxçıvan» sığorta şirkəti kimi fəaliyyətə başlayıb. Lakin 2001-ci ildə şirkətin brendi dəyişdirilib. Cari ilin yanvar-iyun aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 1,051 mln. manat, sığorta ödənişləri isə 518,169 min manat təşkil edib. Şirkət müştərilərə 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR