Bank Of Baku

«Parabank» güc strukturlarının işçiləri üçün kredit məhsulu təqdim edib

«Parabank» güc strukturlarının işçiləri üçün kredit məhsulu təqdim edib
# 02 sentyabr 2010 07:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Respublika Prokurorluğu, Vergilər Nazirliyi və bir sıra digər dövlət və icra hakimiyyəti orqanlarında çalışan işçilər üçün «Vətənpərvər» adlı yeni kredit məhsulunu təqdim edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, məhsulun şərtlərinə əsasən, müştəri qismində yalnız hazırda xidmət edən hərbi qulluqçular çıxış edə bilər. Kredit müddətinin zabitin qulluq müddətindən artıq olmaması vacibdir. Müştərinin həyat və əmək qabiliyyətinin itirilməsinin sığortası mütləqdir.

«Vətənpərvər» kredit məhsulunun vacib şərtlərindən biri də kreditləşmənin iki formada aparılmasıdır. Belə ki, kredit nağd şəkildə verilir və yaxud kreditin 50%-i həcmində plastik kart (azad ödəniş) və 50%-i həcmində nağd şəkildə (annuitet ödəniş) aparılır.

Kredit hərbi biletin (və ya digər əvəzedici sənədin) surəti və xidmət yerindən əmək haqqı barədə arayış təqdim etməklə rəsmiləşdirilir. Kredit manat, ABŞ dolları və ya avro valyutası ilə verilir.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 102,942 mln. manat, depozit portfeli 59,651 mln. manat, kredit portfeli 69,093 mln. manat, məcmu kapitalı 13,420 mln. manat, o cümlədən nizamnamə kapitalı 15,570 mln. manat olub.

Bankın ölkə üzrə 15 filialı, 17 bankomatı və 125 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR