Bank Of Baku

Azərbaycanda nağd avro ilə əməliyyatların artması tendensiyası davam edir

Azərbaycanda nağd avro ilə əməliyyatların artması tendensiyası davam edir
# 02 sentyabr 2010 08:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən 2010-cu ilin yanvar-iyul ayları ərzində satılmış nağd avronun həcmi 48 679 300 avro, alış həcmi isə 550 825 100 avro təşkil edib. Azərbaycan Mərləzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə satış həcmi 31,6%, alış həcmi isə 57,5% artıb.

Beləliklə, Azərbaycanda nağd avroya maraq tədricən artır ki, bunun da əsas səbəbi kimi bu valyutanın məzənnəsinin 2010-cu il ərzində dəyişkənliyini qeyd etmək olar. Buna görə də nağd avro bazarında adi tələbatla bağlı olan əməliyyatlarla yanaşı spekulyativ əməliyyatlar da çoxalıb. Eyni zamanda, nağd avronun alışının kəskin artması Avrozonadan pərakəndə idxalın artdığını əks etdirir və əhali tərəfindən avronu yığım valyutası kimi qəbul etməsi göstəricisi hesab oluna bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR