Bank Of Baku

Azərbaycan Auditorlar Palatası İstanbulda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan Auditorlar Palatası İstanbulda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək
# 02 sentyabr 2010 10:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın Auditorlar Palatası bu ilin sentyabr ayının 14-18-də İstanbulda (Türkiyə) keçiriləcək «Audit və keçmişdən bu günə kimi formalaşmış uçot mədəniyyəti» mövzusunda II beynəlxalq Balkan və Yaxın Şərq ölkələri konfransında iştirak edəcək.

Auditorlar Palatasından «APA-Economics»ə verilən məlumata görə, audit və mühasibat uçotunun tarixinə həsr edilmiş konfrans Türkiyə Uçot və Maliyyə Akademikləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilir. Konfransda 40 ölkədən 550-yə qədər iştirakçı təmsil olunacaq.

Konfransın proqramına uyğun olaraq bu ilin sentyabr ayının 17-də, III plenar iclasda Azərbaycanın Auditorlar Palatasının sədri Vahid Novruzovun «Azərbaycanda audit mədəniyyətinin inkişaf mərhələləri» mövzusunda məruzəsi dinləniləcək.

Məruzədə Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi islahatlar və şəffaflığın artırılması sahəsində görülmüş işlər barədə geniş məlumat əks olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR