Bank Of Baku

«AccessBank» xaricdə təhsil almaq istəyən tələbələrə kredit verəcək

«AccessBank» xaricdə təhsil almaq istəyən tələbələrə kredit verəcək
# 02 sentyabr 2010 11:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» QSC kreditlə təhsil almaq imkan yaradan yeni məhsulunu təqdim edib.

Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu məhsul xüsusi olaraq Azərbaycanda təhsilin səviyyəsini inkişaf etdirmək məqsədi ilə hazırlanıb. Kredit təhsil almaq arzusunda olan, amma ödənişli ali təhsil müəssisələrində (Azərbaycanda və xaricdə) təhsil almaq imkanı olmayan tələbələrə veriləcək. Məhsulun fərqləndirici cəhətlərindən biri də təhsildə uğurlar qazanan, yəni əlaçı tələbələrə verilən kreditlər üzrə faiz dərəcələrinin hər bir yeni təhsil ilində aşağı salınmasıdır.

Xatırladaq ki, «AccessBank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 23 filialı, 23 bankomatı və 48 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR