Bank Of Baku

«Unibank» daha bir kampaniyaya start verib

«Unibank» daha bir kampaniyaya start verib
# 02 sentyabr 2010 11:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Unibank» ASC «Qəşşşşəng» adlı yeni kampaniyaya başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniya çərçivəsində bank vasitəsilə pul göndərən və alan hər bir kəs bu lotereyada oynanılan 200 mobil telefondan birinin sahibi ola bilər.

Bu ilin sentyabrın 1-dən dekabr ayının 31-dək «Unibank» vasitəsilə 300 dollar, avro və ya 9000 rubl məbləğində təcili pul köçürməsi göndərən və ya alan müştərilər hər ay 50 ədəd «Nokia Supernova 7210» mobil telefonun oynanıldığı və «Mobitel» şirkətinin dəstəyi ilə keçirilən lotereyanın iştirakçısına çevrilir.

Göstərilən məbləğdə yerinə yetirilmiş hər bir pul köçürməsi uduş üçün 1 şans verir. Bank tərəfindən bu şansların sayı məhdudlaşdırılmadığından, göstərilən məbləğdə pul köçürmələrinin sayı artdıqca, lotereya iştirakçılarının şansları da artır. Lotereya aksiyası çərçivəsində 4 tiraj (2010-cu ilin oktyabr ayının 8-də, noyabrın 10-da, dekabrın 10-da və 2011-ci ilin yanvar ayının 14-də) keçiriləcək.

Bu tirajların hər birində 50 ədəd «Nokia Supernova 7210» mobil telefonunun sahibləri müəyyən edilir. Beləliklə, bankın lotereya aksiyasının məcmu uduş fondu 24 min manat təşkil edəcək. Qaliblər müstəqil müşahidəçilərin iştirakı ilə təsadüfi kompüter seçimi üsulu əsasında müəyyən olunacaq.

Qeyd edək ki, «Unibank» «Western Union», «Faster», «Xpress Money», «Bıstraya Poçta», «Coinstar», «Blizko», «Zolotaya Korona» beynəlxalq pulköçürmə sistemlərinin üzvüdür.

Xatırladaq ki, «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın 25 filialı, 64 bankomatı və 244 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR