Bank Of Baku

«Alfa Sığorta» şirkəti yeni xidmət tətbiq edib

«Alfa Sığorta» şirkəti yeni xidmət tətbiq edib
# 02 sentyabr 2010 13:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Alfa Sığorta» şirkəti «Assistant» xidmətinin tətbiqinə başlayıb. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin Müşahidə Şurasının sədri Xəyal Məmmədxanlı bildirib.

X.Məmmədxanlının sözlərinə görə, bu xidmət şirkətin yalnız «Səfər sığortası» növünə aiddir. Belə ki, şirkət bu sığorta növünü təkmilləşdirərək «Assistant» xidmətlərini də əlavə edib.

X.Məmmədxanlı bildirib ki, müştəri bu sığorta növü üzrə sığortalı olduğu zaman dünyanın istənilən yerinə səfəri zamanı hər hansı bir problem yaranarsa «Alfa Sığorta» şirkəti həmin problemi aradan qaldırmağa qadirdir.

Qeyd edə ki, bu xidmət Azərbaycanda ilk dəfə olaraq «Alfa Sığorta» şirkəti tərəfindən tətbiq edilib. Şirkətin «Assistant» xidməti müştərilərə günün 24 saatı göstərilir.

Xatırladaq ki, səhmdarı (100%) «Texnikabank» ASC olan «Alfa Sığorta» 1997-ci ildən fəaliyyət göstərir və sığortanın 25 növü üzrə müştərilərinə xidmətlər təklif edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR