Bank Of Baku

Azərbaycan Vaşinqtonda keçiriləcək mikromaliyyə konfransında iştirak edəcək

Azərbaycan Vaşinqtonda keçiriləcək mikromaliyyə konfransında iştirak edəcək
# 02 sentyabr 2010 13:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) 2010-cu ilin noyabr ayının 1-5-də Qlobal Mikromaliyyə Şəbəkəsinin (SEEP) Vaşinqtonda (ABŞ) keçiriləcək 25-ci konfransında iştirak edəcək. Bunu «APA-Economics»ə açıqlamasında AMA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib.

J.Hacıyevanın sözlərinə görə, konfransda 80 ölkədən 700-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

Qeyd edək ki, konfransda J.Hacıyevanın «Maliyyə savadlığı və istehlakçıların müdafiəsi» mövzusunda geniş təqdimatla çıxışı nəzərdə tutulub.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR