Bank Of Baku

Rusiyanın maliyyə naziri ali məktəbin dekanı seçilib

Rusiyanın maliyyə naziri ali məktəbin dekanı seçilib
# 03 sentyabr 2010 08:03 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya baş nazirinin müavini, maliyyə naziri Aleksey Kudrin Sankt-Peterburq Dövlət Universitetində yeni yaradılan incəsənət və humanitar elmlər fakültəsinin dekanı olacaq.

APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə maliyyə nazirinin köməkçisi Pavel Kuznetsov açıqlama verib.

Sentyabrın 1-də Sankt-Peterburq Dövlət Universiteti filologiya fakültəsinin Elmi Şurası “İncəsənət və humanitar elmlər” təhsil proqramını ali məktəbin 23-cü fakültəsinə çevirməyi təklif edib. Tezliklə yeni fakültənin yaradılması barədə qərar qəbul edilib.

Kudrin dekan postuna yeganə namizəd olub. P.Kuznetsovun dediyinə görə, dekan fakültənin Elmi Şurasının sədri kimi hansı təhsil metodlarını tətbiq etməyi, nəyi necə öyrətməyi müəyyənləşdirəcək.

Qeyd edək ki, “İncəsənət və humanitar elmlər” proqramı Sankt-Peterburq Dövlət Universiteti və ABŞ-ın Bard Kolleci tərəfindən 15 ildən artıqdır həyata keçirilir. Bu müddətin yarıdan çoxunu A.Kudrin proqramın Qəyyumlar Şurasının üzvü və dekan kimi fəaliyyət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR