Bank Of Baku

Rusiya Qırğızıstana daha 10 mln. dollar yardım edəcək

Rusiya Qırğızıstana daha 10 mln. dollar yardım edəcək
# 03 sentyabr 2010 08:47 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya hökuməti Qırğızıstana əlavə 10 mln. dollar yardım edilməsi haqda qərar qəbul edib.

APA-Economics”in xəbərinə görə, bu barədə Rusiyanın baş naziri Vladimir Putin Qırğızıstan Sosial-Demokrat Partiyasının sədri Almazbek Atambaevlə görüşündə açıqlama verib.

“Müvafiq qərar neft məhsulları ilə də bağlı qəbul edilib. Biz Qırğızıstana beynəlxalq dəstək səylərində iştirak edəcəyik” - deyə baş nazir qeyd edib.

Öz növbəsində A.Atambaev Qırğızıstana “ilk gündən göstərilən köməyə görə” Rusiyaya təşəkkürünü bildirib: “Apreldə Qırğızıstana 20 mln. dollarlıq birinci qrant ayrılmışdı, indi növbəti qrant ayrılır, dizel yanacağı alırıq, arpa da göndəriləcək - bütün bunlar Qırğızıstan üçün böyük köməkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR