Bank Of Baku

«Azərsığorta» ilin sonuna kimi ASC-yə çevrilə bilər

«Azərsığorta» ilin sonuna kimi ASC-yə çevrilə bilər
# 03 sentyabr 2010 08:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərsığorta» Dövlət Sığorta Şirkətinin ASC-yə çevrilməsi artıq 2010-cu ilin sonuna kimi reallaşa bilər. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin sektor müdiri Mahir Abdullayev bildirib.

M.Abdullayevin sözlərinə görə, statusla bağlı məsələsinin həlli üçün müəyyən prosedur qaydalarının icrası tələb olunur. Hazırda şirkətin statusunun dəyişməsi ilə bağlı müvafiq dövlət qurumlarında müzakirələr aparılır.

Qeyd edək ki, işlərin gecikməsinin əsas səbəbi şirkətin səhmdar kapitalında dövlətin iştirak payının olması ilə bağlıdır.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin ACS-yə çevrilməsi 2008-ci ilin mart ayının 15-də qəbul edilmiş «Sığorta fəaliyyəti haqqında» qanuna əsaslanır. Hazırda Azərbaycanda «Azərsığorta» şirkəti istisna olmaqla, bütün digər 26 sığorta şirkəti ASC statusu ilə fəaliyyət göstərir.

«Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar-iyul aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 13,78 mln. manat, ödənişləri isə 6,04 mln. manat olub.

Şirkət müştərilərə 8 icbari və 20 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR