Bank Of Baku

«Turanbank» veb-saytını yeniləyib

«Turanbank» veb-saytını yeniləyib
# 03 sentyabr 2010 09:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC rəsmi veb-saytını yeni tərtibatda istifadəyə verib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni saytda kommunal xərclərin ödənilməsi, mobil telefon operatorlarına ödənişlərin aparılması, ev telefonu danışıqlarının və aylıq abunə haqlarının ödənişi, internet provayderlərinə və sığorta şirkətlərinə ödənişlərin aparılması imkanları yaradılıb.

Bankdan bildirilib ki, əməliyyat sisteminin daim təkmilləşdirilməsini nəzərə alaraq, istifadəçilər yaxın gələcəkdə internet bankçılıq və bir çox digər bank əməliyyatlarından da yararlana biləcəklər.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,8%) və 20 fiziki şəxs olan (78,2%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı, 9 banklımatı və 73 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR