Bank Of Baku

Ben Bernanke qlobal böhranın əsas dərsinin nədən ibarət olduğunu açıqlayıb

Ben Bernanke qlobal böhranın əsas dərsinin nədən ibarət olduğunu açıqlayıb
# 03 sentyabr 2010 09:58 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Ben Bernanke qlobal maliyyə böhranının səbəblərini araşdıran komissiya qarşısında çıxış edib.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, B.Bernanke milli maliyyə sabitliyinə təhlükə törədən nəhəng bankların bağlanılması məsələsində tərəddüd nümayiş etdirməyin əleyhinə olduğunu bildirib.

“Maliyyə böhranının bizə verdiyi dərs ondan ibarətdir ki, iflas olmaq üçün həddən artıq böyük olan banklar problemini dərhal həll etmək lazımdır” - deyə FES rəhbəri qeyd edib. Onun sözlərinə görə, məhz bu cür banklar eyni vaxtda həm böhranın mənbəyi, həm də qanunvericilərin onun qarşısını almaq cəhdləri yolunda əsas maneələrdən biri olub.

Xatırladaq ki, 15 sentyabr 2008-ci ildə dünyanın ən nəhəng investisiya banklarından olan “Lehman Brothers” müflis olduğunu elan edib. 639 mlrd. dollarlıq aktivləri olan “Lehman Brothers”in iflası ABŞ biznesi tarixində nadir hadisədir. Məhz bu hadisədən sonra maliyyə böhranı qlobal xarakter alıb və dünyanın ticarət meydanlarında təşviş baş qaldırıb. İqtisadçılar əmindirlər ki, maliyyə bazarlarının tarixi gələcəkdə “Lehman Brothers”in iflasına qədərki və iflasından sonrakı mərhələlərinə bölünəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR