Bank Of Baku

«AIG Caspian» şirkəti «İşçilərin dələduzluq hərəkətlərindən sığorta» növü üzrə 30,3 min manat ödəniş aparıb

«AIG Caspian» şirkəti «İşçilərin dələduzluq hərəkətlərindən sığorta» növü üzrə 30,3 min manat ödəniş aparıb
# 03 sentyabr 2010 10:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «American İnternational Group Caspian» (AIG Caspian İnsurance) sığorta şirkətinin 2010-cu ilin yanvar-iyul aylarında topladığı sığorta haqlarının həcmi 1,155 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,8% azdır.

Şirkətin Maliyyə Departamentinin direktoru Elmar İslamın «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 14,2 dəfə azalaraq 38,442 min manata çatıb.

E.İslamın sözlərinə görə, bu müddət ərzində ən çox vəsait «Əmlakın yanğından və digər risklərdən sığortası» (470,686 min manat), «Ümumi mülki məsuliyyətin sığortası» (353,674 min manat) və «Yanğından icbari sığorta» (205,680 min manat) növləri üzrə toplanıb. Bu növlərin ümumi daxilolmalarda xüsusi çəkisi müvafiq olaraq 41%, 31% və 18% təşkil edib.

Ödənişlərə gəldikdə isə, ən çox vəsait «İşçilərin dələduzluq hərəkətlərindən sığorta» (30,265 min manat və ya 78,7%) və «Fərdi qəza və xəstəliklər sığortası» (5,600 min manat və ya 14,57%) növləri üzrə ödənilib.

Xatırladaq ki, təsisçiləri yerli «Caravan İnvestment» şirkəti (51%) və «AIG İnc.» şirkəti (49%) olan «AIG Caspian» sığorta şirkəti Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Cari ilin avqust ayının 1-i vəziyyətinə şirkətin nizamnamə kapitalı 3,5 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR