Bank Of Baku

«Turanbank»ın aktivləri son bir ildə 53% artıb

«Turanbank»ın aktivləri son bir ildə 53% artıb
# 03 sentyabr 2010 12:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin aktivlərinin ümumi həcmi cari ilin avqust ayının 1-nə 126,5 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 53,3% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 39,8% artaraq 88,5 mln. manata, depozit portfeli 2,4 dəfə artaraq 48,5 mln. manata, o cümlədən əhalinin müddətli əmanətlərinin həcmi 2 dəfə artaraq 29,7 mln. manata çatıb.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında bankın ümumi gəlirləri 8,6 mln. manat təşkil edib və bu, 2009-cu ilin analoji dövrü ilə müqayisədə 23,8% çoxdur. Hesabat dövrünə bankın balans mənfəəti 2,1 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı, 9 banklımatı və 73 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR