Bank Of Baku

Azərbaycanda məcmu bank kapitallaşması son bir ildə 7% artıb

Azərbaycanda məcmu bank kapitallaşması son bir ildə 7% artıb
# 03 sentyabr 2010 13:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalının ümumi həcmi 2010-cu il avqust ayının 1-nə 1 811,5 mln. manata bərabər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 125,3 mln. manat və ya 7,4% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən bankların məcmu kapitalının həcmi 52,6 mln. manat və ya 3%, iyulda isə 12,2 mln. manat və ya 0,7% artıb.

Məcmu kapitalın dinamikası göstərir ki, əvvəlki illərlə müqayisədə bu göstəricinin artım tempi kəskin azalıb. Belə ki, 2009-cu ilin avqustun 1-nə bankların məcmu kapitalı üzrə göstəricinin illik artım tempi 32,5% təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2008-ci il üzrə bu göstərici 48,6%-ə bərabər olub.

Beləliklə, cari ildə banklar kapitallaşmanın artımını daha zəif aparıb. Bundan başqa, məcmu kapitalın tərkib hissəsi olan bölüşdürülməmiş mənfəəti üzrə də mənfi dinamika müşahidə olunur ki, burada ya bu vəsaitlərin birbaşa azalması, ya da onun artım tempinin əvvəlki illərlə müqayisədə azalması baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR