Bank Of Baku

BBVB-nin valyuta bölməsində dövriyyəsi avqustda 46% azalıb

BBVB-nin valyuta bölməsində dövriyyəsi avqustda 46% azalıb
# 03 sentyabr 2010 13:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 44 ticarət sessiyasında 35 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 13 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 48,424 mln. manat və ya dollar ekvivalentində 60,186 mln. təşkil edib. Bu isə iyul ayı ilə müqayisədə 40,737 mln. manat və ya 45,7% azdır. Birja Elektron Ticarət Sistemində USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 2,736 mln. dollara çatıb, halbuki hər əqdin orta həcmi 1,720 mln. dollar təşkil edib.

Həmçinin, Swap_USD/AZN_TOD_1Week aləti üzrə dövriyyə 19,345 mln. manat və ya dollar ekvivalentində 24 mln. təşkil edib. Bu alət üzrə dolların manata görə orta ölçülmüş məzənnəsi 0,8061 manat təşkil edib.

Eyni zamanda avqust ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların ilk beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya «Azərbaycan Sənaye Bankı» (59,11%), «Unibank» (17,69%), «AccessBank» (8,29%) «AGBank» (3,87%) və «YapıKredi Bank Azərbaycan» (3,45%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR