Bank Of Baku

Azərbaycanda dolların birja məzənnəsi ötən ay 0,05% qalxıb

Azərbaycanda dolların birja məzənnəsi ötən ay 0,05% qalxıb
# 03 sentyabr 2010 14:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,05% düşüb.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,8035 AZN-dən 0,8039 AZN-dək qalxıb. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi avqust ayında 0,8036 AZN-ə bərabər olub. Halbuki, iyul ayında bu göstərici 0,8026 AZN təşkil edib.

Xatırladaq ki, bu ilin avqust ayında BBVB-nin valyuta bölməsində keçirilən 44 ticarət sessiyasında 13 bankın iştirakı ilə 48,424 mln. manat və ya 60,186 mln. dollar həcmində 35 alqı-satqı əqdi qeydə alınıb. Bu isə iyul ayı ilə müqayisədə 45,7% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR