Bank Of Baku

Böyük Britaniyada vergi ödəyiciləri büdcəyə əlavə 1,8 mlrd. funt-sterlinq ödəyib

Böyük Britaniyada vergi ödəyiciləri büdcəyə əlavə 1,8 mlrd. funt-sterlinq ödəyib
# 06 sentyabr 2010 08:07 (UTC +04:00)
Bakı - APA-Economics. Böyük Britaniya hökuməti qeyri-adi təzahürlə üzləşib. “APA-Economics”in xəbərinə görə, Vergi və gömrük yığımları üzrə Dövlət İdarəsi məsuliyyətli vergi ödəyicilərinin büdcəyə əlavə 1,8 mlrd. funt-sterlinq ödədiyini açıqlayıb.

Əhalinin digər hissəsi isə 2 mlrd. funt vergini ödəməyib. Problem Böyük Britaniyanın 40 mln. vətəndaşını əhatə edir. Onların gəlir vergisi avtomatik olaraq “Pay as you earn” - “Maaşına uyğun olaraq ödə” sistemi ilə tutulur.

2011-ci ilin əvvəlinə qədər dövlətə borclu olan 1,4 mln. nəfər xəzinəyə ödəmədikləri vəsaitin miqdarının göstərildiyi məktub alacaqlar. Amma hökumət borcların eyni vaxtda ödənilməsini tələb etməyəcək - borclar hər ay əmək haqqından tutulacaq. Əlavə vergi ödəyən vətəndaşlar isə dövlətdən bu haqda xüsusi çek alacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR